Çarpayıdan kresloya, tualetə və ya hamama keçidi asanlaşdıran çoxfunksiyalı transfer kreslosu. Xüsusiyyətlər: - 4 təkərli mobil şassi: hərəkəti rahat, ön təkərlərdə kilid sistemi. - Açıla-bilən oturacaq modulu: yan tərəflər tam açılır, xəstənin yandan oturdulub qaldırılmasına imkan verir. - Tualet qabı (çıxarılan vedrə) ilə: gigiyena üçün əlverişli, asan çıxarılıb yuyulur. - Hündürlüyü tənzimlənən sütunlar: fərqli yataq və kreslo hündürlüklərinə uyğunlaşdırma. - Yumşaq qoltuqluq və tutacaqlar: təhlükəsiz qaldırma və oturtma üçün. - Ayaq platforması: transfer zamanı dayaqlanma və rahatlıq. - Möhkəm metal karkas, nəmə davamlı plastik oturacaq və arxa hissə – hamam və tualetdə istifadəyə uyğundur. - Kəmər və fiksasiya elementləri: istifadəçi sabitliyini artırır. İstifadə sahələri: - Evdə və ya müəssisələrdə xəstə baxımı - Yataqdan kresloya, tualetə və duş/hamama təhlükəsiz transfer - Reabilitasiya və gündəlik qayğı prosesləri Qutu şəkillərində detallı komplektasiya