Gözün biometrik ölçmələri və diaqnostik qiymətləndirilməsi üçün nəzərdə tutulmuş ultrasəs A-skan, B-skan və paximetriya cihazları təqdim olunur. Bu avadanlıqlar göz almasının ölçülməsi, torlu qişa və şüşəyəbənzər cismin müayinəsi, həmçinin buynuz qişanın qalınlığının təyin edilməsi üçün istifadə edilir.
Oftalmoloji klinika və mərkəzlər üçün dəqiq, sürətli və etibarlı diaqnostika imkanı yaradır.