Cərrahi mikroskop yüksək dəqiqlik və maksimal vizualizasiya tələb olunan əməliyyatlar üçün nəzərdə tutulmuş müasir optik sistemdir. Xüsusilə LOR, neyrocərrahiyyə, oftalmologiya və plastik cərrahiyyə sahələrində geniş istifadə olunur.
Güclü böyütmə funksiyası, LED işıqlandırma sistemi və aydın görüntü keyfiyyəti sayəsində həkimə əməliyyat zamanı ən incə anatomik strukturları belə dəqiq görmək imkanı yaradır.
Erqonomik dizaynı və rahat tənzimləmə mexanizmi uzunmüddətli əməliyyatlarda komfort və sabitlik təmin edir.